EN

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisindən növbəti darmadağın

Seçmə

Bakı, 5 oktyabr, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kadis şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

AZƏRTAC xəbər verir ki, A qrupunda mübarizə aparan yığma Gürcüstanla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Sahib Məmmədovun rəhbərlik etdiyi kollektiv ilk turda İngiltərəni 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.

 

Chosen
6
2
azertag.az

5Sources