EN

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı Astanaşəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmətorqanları rəhbərləri Şurasının 55-ci iclası keçirilmiş vəAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisigeneral-polkovnik Əli Nağıyev tədbirdə iştirak etmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətindən Trend-ə bildirilib ki, öncə nümayəndəheyətlərinin rəhbərləri Qazaxıstan Respublikasının PrezidentiKasım-Jomart Tokayev tərəfindən qəbul edilmişlər. Daha sonraŞuranın iclası öz işinə başlamışdır.

İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin məruzqaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləritəhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizməqarşı aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədəçıxışlar edilmiş və ətraflı fikir mübadiləsi aparılmışdır.Bildirilmişdir ki, MDB məkanında yerləşən respublikalarıntəhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyinpozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumivəziyyətin gərgin saxlanılmasında maraqlı olan bəzi xaricidairələrinin kəşfiyyat-pozuculuq əməlləri ilə müşayiət ediləndestruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi xidmətorqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərəkkoordinasiyalı şəkildə işləməsini, əməkdaşlığın davamlıgücləndirilməsini, qazanılmış təcrübənin və əldə olunan əməliyyatməlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi bölüşülməsinizəruri edir.

Həmçinin qeyd olunmuşdur ki, təhlükəsizliyin təminatını ciddirisk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotikvasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanunimiqrasiya kimi məsələlərin son zamanlar özünü daha qabarıqgöstərməsi MDB ölkələrinin xüsusi xidmət orqanlarının bu hallaraqarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunuşərtləndirir.

Tədbirin gedişatında mənfi təzahürlərlə mübarizədə təhlükəsizliktəşkilatlarının qarşısında duran mühüm vəzifələr və gələcəkdəhəyata keçirilməsi vacib olan tədbirlərə dair geniş müzakirələraparılmışdır.

Chosen
18
37
az.trend.az

10Sources