EN

ABŞ və Qərb dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə göstərdikləri münasibət hər zaman dırnaq arası olub - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın4-də Cəbrayıl şəhərində keçirilən açılış mərasimində etdiyi çıxışhəm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən mühümbir bəyanat oldu.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayevbildirib.

A.Qarayev qeyd edib ki, Prezident çıxışında Qərb ölkələrinin,xüsusilə Fransanın, Ermənistanı genişmiqyaslı silahlandırmasiyasətini kəskin tənqid edərək, bunun bölgədə sülh və sabitliküçün ciddi təhlükə olduğunu vurğuladı:

"Prezident İlham Əliyev bildirdi ki, Qərbin Ermənistana verdiyisilahlar, Azərbaycanın şəhər və kəndlərini dağıtmaq məqsədidaşıyır. "Biz gözləməyəcəyik ki, bu binalar da bu günə düşsün" deyəPrezident açıq şəkildə xəbərdarlıq etdi. O, ölkəsinin öztəhlükəsizliyini qorumaq və gələcək inkişafını təmin etmək üçün heçbir maneəyə boyun əyməyəcəyini və heç kimin Azərbaycanı çəkindirəbilməyəcəyini qətiyyətlə bildirdi".

Azər Qarayev vurğulayıb ki, bu çıxışda Prezident Əliyev ABŞ vəQərb dövlətlərinin Azərbaycanın müstəqillik mübarizəsinə və ərazibütövlüyünə göstərdikləri münasibəti sərt tənqid etdi:

"Amerika Konqresinin 60 ermənipərəst konqresmeni tərəfindənABŞ-nin Azərbaycana növbəti sanksiyalar tətbiq etməsi üçün təklifetməsi ikili standartların bariz göstəricisidir. ABŞ-nin busiyasətlərin əsasında anti-Azərbaycan mövqeyi dayanır. ABŞ və Qərbdövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə göstərdiklərimünasibət hər zaman dırnaq arası olub. Onlar regionda Azərbaycanıngüclənməsini, tam müstəqil siyasət yürütməsini qısqanclıqlaqarşılayıblar".

Azər Qarayev bildirib ki, Ermənistanın təhlükəli oyunlara başvurduğunu bildirən İlham Əliyev, bu ölkəyə İkinci Qarabağmüharibəsinin dərslərini unutmamağı tövsiyə etdi. Ermənistanın yenihavadarlar taparaq, onların qarşısında "diz üstə" getdiyini qeydedən Prezident, Azərbaycan Ordusunun anti-terror əməliyyatlarınıxatırlatdı və bununla ölkənin istədiyinə bir neçə saat ərzində nailolduğunu bildirdi.

"Bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın"ifadəsi, Azərbaycanın qarşılaşacağı hər hansı təhlükəni dərhal vəqətiyyətlə aradan qaldıracağı mesajını açıq şəkildə ortayaqoydu".

A.Qarayev əlavə edib ki, dünyada dəyişən geosiyasi vəziyyətinfonunda Azərbaycanın mövqeyi daha da güclənir. Prezident İlhamƏliyevin bu çıxışı, Azərbaycanın bölgədə sülh və sabitliyin əsastəminatçısı olduğunu göstərməklə yanaşı, ölkənin hər hansıtəhlükəyə qarşı operativ və qətiyyətli mövqe tutacağını bir dahanümayiş etdirdi.

Ermənistan və onun xarici havadarlarına ünvanlanan buxəbərdarlıq, gələcəkdə bölgədə istənilən təhlükəli ssenarilərinqarşısının alınacağına dair güclü bir mesaj oldu.

Chosen
25
1
az.trend.az

2Sources