EN

Bu ölkədə rus futbolçuları təhqir etdilər: Oyun yarımçıq qaldı

Oktyabrın 3-də Finlandiya çempionatının ikinci güclü divizionunda TPS və Jaro komandaları arasında keçirilən oyun azarkeşlərin şovinist qışqırıqları səbəbindən yarımçıq qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Yle” məlumat yayıb.

“Jaro”nun rusiyalı futbolçuları, qapıçı Sergey Lazarev və yarımmüdafiəçi Sergey Yeremenko azarkeşlərin təhqirinin qurbanı olub. Maraqlıdır ki, Yeremenko Finlandiya vətəndaşlığına malikdir. O, Finlandiya millisinin keçmiş oyunçuları Aleksey və Roman Yeremenkoların kiçik qardaşıdır.

Chosen
19
publika.az

1Sources