Çimərlik futbolu millimiz İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun 2-ci turunda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14.45-də başlayacaq.
1-ci turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).
Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.