EN

Xızıda ağır qəza: 1 nəfər öldü, 3-ü yaralandı - YENİLƏNİB 

12:12

Bakı-Quba avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 3 nəfər (2-si qadın, 1-i kişi olmaqla) 04.10.2024-cü il tarixində saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.

Travmatik şok və müştərək travma diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilən şəxs üzərində aparılan bütün reanimasyon tədbirlərə baxmayaraq 05.10.2024-cü il tarixində saat 01:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Müxtəlif növ bədən xəsarətləri alan digər 2 şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

------------
07:17

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

Referans.az xəbər verir ki, Yaşma qəsəbəsində BMW "X5" markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir - red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.

Chosen
19
referans.az

1Sources