EN

Avstriyada ifrat sağçılara qarşı yürüş keçirilib

Avstriyada

Bakı, 5 oktyabr, AZƏRTAC

Avstriyada ölkənin siyasi partiyalarından ifrat sağçılarla koalisiyaya girməmələrini tələb edən 15 mindən çox insan Vyana küçələrində yürüş keçirib.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, II Dünya müharibəsindən sonra ilk dəfə olaraq ifrat sağçı Avstriya Azadlıq Partiyası parlament seçkilərində qalib gəlib. Buna baxmayaraq, cəmi 29 faiz səs toplayan sağçılar hökuməti formalaşdırmaq üçün bəzi siyasi qüvvələrlə ittifaqa girməlidir.

Herbert Kiklın rəhbərlik etdiyi Avstriya Azadlıq Partiyası sağ populist ideyalarla çıxış edir. Onlar iqtisadiyyatı yaxşılaşdıracaqlarını və miqrasiya ilə mübarizə aparacaqlarını vəd edirlər.

Avstriya hökumətinin gələn həftə istefa barədə müraciət edəcəyi, lakin yeni Nazirlər Kabineti formalaşdırılanadək fəaliyyət göstərəcəyi bildirilir.

Chosen
13
azertag.az

1Sources