EN

Holandiyalı feministlərdən QƏRİBƏ TƏLƏB

Hollandiyadan olan üç feminist fəal “cadugərlərə” milli abidə ucaltmaq istəyir.

Lent.az xəbər verir ki, bu barədə “The Guardian“ məlumat yayıb. Nəşr bildirir ki, bu yolla onlar 15-17-ci əsrlərdə cadugər ovu qurbanlarının xatirəsini ehtiramla yad etməyi təklif edirlər.

Materialda deyilir ki, Milli Cadugərlər Abidəsi Fondunun fəalları, sədri və idarə heyəti üzvləri Avropa, eləcə də Amerikanı bürümüş “Şeytan çaxnaşması” zamanı ölən təxmin edilən 70 000 nəfərin xatirəsinə rəsmi sayt yaratmaq üçün 35 000 avro toplayıblar.

Onlar indi abidənin hansı bələdiyyənin ərazisində yerləşəcəyini müəyyənləşdirirlər.

Cadugərlərin qurbanlarına qarşı ədalətsizliyi rəsmən etiraf edən Roermond şəhərinin meri şəhər məclis üzvlərinə abidənin qadınlara qarşı zorakılıq kimi müasir problemlərlə bağlı maarifləndirməyə kömək edə biləcəyi barədə məlumat verib.

 

Chosen
8
1
medianews.az

2Sources