EN

HƏMAS-ın hərbi qanadının liderlərindən biri öldürülüb

HƏMAS-ın silahlı qanadı olan Qəssam Briqadalarının liderlərindən olan Səid Atallah öldürülüb.

"AzPolitika" xəbər verir ki, bu barədə HƏMAS-a bağlı media orqanları məlumat yayıb.

Məlumata görə, Atallah İsrailin Livanın şimalındakı qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində ailəsi ilə birlikdə həlak olub.

Qeyd edək ki, İsrail sözügedən hadisə ilə bağlı heç bir açıqlama verməyib.

"AzPolitika.info"

Chosen
15
azpolitika.info

1Sources