EN

ABŞ-nin maraqları Azərbaycandan keçir: Ağ Evin siyasəti özünə zərbə vurur

"ABŞ Administrasiyası özü ermənipərəstdir. Prezident Co Bayden vaxtı ilə “erməni soyqırımı”nı tanıyan ilk ABŞ prezidentdir".

Bunu politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Analitik bildirib ki, Dövlət Departamentinin aparıcı üzvləri daim Azərbaycana qarşı ittihamlarla çıxış ediblər:

"Onlar 44 günlük müharibənin və antiterror əməliyyatlarının nəticələrini qəbul etmədiklərini aşkar şəkildə vurğulayırlar. Dövlət Departamentinin məruzəsində Azərbaycan "dini azadlıqları pozulan ölkə" kimi tanınmışdı. Müəllifləri də özləriydi. Bu, Dövlət Departamentinin çox qərəzli hesabatıdır. Çünki müxtəlif dini etiqadların təmsilçiləri bu bəyanatla qətiyyən razı olmadıqlarını bildirdilər. Azərbaycandakı vəziyyətə yaxından bələd olan xaricdəki yəhudi icmasının aparıcı üzvləri də etiraz səslərini qaldırdılar. Bu onu göstərir ki, ABŞ-nin Azərbaycana yönəlik qərəzli münasibətində təkcə erməni lobbisi ilə sıx bağlı olan konqresmenlər yox, həm də Dövlət Departamenti özü mühüm rol oynayır".

İlqar Vəlizadə, politoloq

Ekspertə görə, ABŞ Azərbaycanın qısa zamanda əldə etdiyi uğurlardan, artan nüfuzundan narahatdır:

"Bu siyasət çox zərərlidir və ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir göstərir, zərbə vurur. ABŞ əksər hallarda Azərbaycan üçün əsas xarici tərəfdaşlardan biri olub. Regionda Amerikanın dəstəyi ilə bir çox layihələr həyata keçirilib. İndi də ABŞ-nin maraqları Azərbaycandan keçir. Onların təmin olunması üçün Azərbaycanla münasibətlərin yaxşı olması əsas şərtlərdəndir. Amma təəssüflər olsun ki, indiki Administrasiya öz yaramaz addımları ilə müsbət nəticələri, təcrübəni heçə endirir. Bu da Ağ Evin öz maraqlarını zərbə altına qoyur".

Aydın Baxış

Chosen
19
bakivaxti.az

1Sources