EN

MƏKTƏBDƏ 6- CI SİNİF ÜÇÜN RİYAZİYYAT KİTABI ALVERİ...

Ölkənin təhsil naziri də dəyişdi, amma təhsilimizdəki vəziyyət dəyişmir ki dəyişmir...

Azərbaycan Elmlər Akademiyasının aparıcı elmi işçisi Şahin Bağırov bu barədə narahat paylaşım edib. Söhbət 6- cı siniflər üçün riyaziyyat kitabından gedir. Sitat: "Bu Namazovdu, Namazovadı kimdi, bilmirəm, amma əməlli-başlı bazar açıblar onun üçün... Ə kişi, təkcə VI sinif şagirdləri üçün Riyaziyyat fənnindən nə qədər dərslik, köməkçi dərslik, test üçün, çalışmalar üçün və s.. kitab olarmış?! Əlahəzrət alverçi müəllimin dediyi kitabı axtarıb tapınca adamın abırı gedir. VI sinif üçün Riyaziyyat fənnindən 3 dəfə dükandan kitabı alsam da qaytardıblar ki, məhz biz deyən deyil. Çalışmadı-nə zibildi nəhayət, tapa bilsəm də yenə də qəmbərqulu çıxarıblar. Ki, III nəşr olmalıdı... Dükançı deyir ki, III nəşr yoxdu. Amma al-verçi müəllim dirəşib ki, var və mütləq həmin kitab olmalıdı. Dərsin keyfiyyəti qalîb bir tərəfə, məktəblərdə kitab alveri tüğyan edir. Orta məktəblər niyə bu günə qaldı, niyə bu biabırçılıqlara bir əncam çəkən yoxdu?! Namazovdu, Namazovadı - nədi, namaz belini qırmasın, yazıqsan. Təkcə VI siniflər üçün 10-15 nõv dərs vəsaiti çap etdirirsən, digər siniflər üçün olanları da hesablasaq 60 növ dərs vəsaiti çap etdirirsən?! Bu, nə biabırçılıq...".

Beləcə, orta məktəblərimizə yanaşma belə olduğundan valideynlər baxça yaşından repetitor tutub uşağı 12 il əvvəldən ali məktəbə hazırlaşdırırlar... Sonra da Təhsil Nazirliyinin məsul şəxsləri, məktəb direktorları isə fəxrlə deyirlər ki, X sayda şagirdimiz ali məktəbə qəbul oldu. Halbuki bu qürur hissini yaradan və yaşadan valideynlərin ailə büdcəsindən kəsib repetitora verdikləri pullardır... O biri tərəfdən isə hər il təhsilimizə Dövlət büdcəsindən milyardlar ayrılır... Təhsil Nazirliyinin başı isə hələlik müəllimlərin tesdən keçirilməsinə qarışıb, təhsilə və tədrisə yanaşma dəyişmir ki dəyişmir...

A.Məmmədli

Chosen
28
tezadlar.az

1Sources