EN

Xaçmazda yeniyetmə özünü körpüdən atdı

Xaçmazda yeniyetmə özünü "Dəmir Yol" körpüsündən atıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Dəmir Yolu stansiyasında yerləşən piyada körpüsünün üzərində qeydə alınıb.

Belə ki, körpünün üzərinə çıxan şəxs özünü oradan atıb. 

Yaralı Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Özünü dəmir yolu körpüsündən atan şəxsin rayon sakini 2007-ci il təvəllüdlü Qafarov Amanşah olduğu məlum olub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca

Chosen
11
8
unikal.az

10Sources