Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Marsel “Olimpik”i doğma meydanda “Anje” ilə qarşılaşıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla ediblər.
7-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Fransa, Liqa 1
7-ci tur
4 oktyabr
Olimpik (Marsel) – Anje 1:1
Qollar: Rou, 51 – Əl-Melali, 54
5 oktyabr
19:00. Sent Etyen – Oser
21:00. Lill – Tuluza
23:00. Renn – Monako
6 oktyabr
17:00. Olimpik (Lion) – Nant
19:00. Brest – Havr
19:00. Reyms – Monpelye
19:00. Strasburq – Lans
22:45. Nitsa – PSJ