EN

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub

ABŞ

Vaşinqton, 5 oktyabr, AZƏRTAC

ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Associated Press” ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Zərbələr zamanı əsasən qruplaşmaya məxsus silah sistemləri, bazalar və digər avadanlıqların hədəfə alındığı bildirilir. Məlumata əsasən, zərbələr hərbi təyyarələr və döyüş gəmilərindən atılıb.

Xəsarətlərlə bağlı hələlik məlumat yoxdur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Chosen
22
1
azertag.az

3Sources