EN

Millət vəkili Səbinə Xasayeva Lökbatanda bir qrup vətəndaşı qəbul edib

              
2024-cü il oktyabrın 4-də 11saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birgə  Yeni Azərbaycan Partiyasının  inzibatı binasında bir qrup vətəndaşı qəbul edərək  onların müraciət və təkliflərini dinlədilər.
       
Newscenter.az xəbər verir ki, qəbula gələn vətəndaşlar - Rəsulov İsmayıl Yahya oğli, Musayev Umud Möhtəbər oğlu, Əliyev Eldar Heydərxan oğlu, Cəfərov Ceyhun Əlipaşa oğlu, Həbibov Zakir Ənvər oğlu, Babayev Vaqif Arif oğlu, Əkbərova Nigar İsax qızı, Mirzəyeva Səadət Qafar qızı, Məmmədova Rəvanə Mehman qızı, Allahverdiyeva Şəfəq Ufaddin qızı və başqaları  işə qəbul olunmalarına, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kursuna cəlb edilmələrinə, Lökbatan qəsəbəsi, 6-cı massiv, Novruz Məcidov küçəsində yaşayan  onlarca ailənin suya olan tələbatının ödənilməsi üçün əsas xəttdən icməli su çəkilməsinə, 206 nömrəli marşrutun daha böyük məsafəni, bu baxımdan daha böyük ərazini əhatə etməsini,  sərnişinlərin sıxlığını nəzərə alaraq istismar olunan avtobusların iritutumlu müasir nəqliyyat vasitələri ilə əvəz edilməsinə, döyüşlərdə yaralananlara əlillik dərəcəsinin verilməsinə, problemlərinin həll edilməsinə maddi yardım göstərilməsinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara riayət edilməsi üçün əhali arasında hüquqi təbliğatın gücləndirilməsinə,   eləcə də narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
     
Qəbula gələn vətəndaşların müraciətləri qeydə alınıb, onlara lazımi tövsiyələr verilib. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı və partiyanın rayon təşkilatının sədri tərəfindən  nəzarətə götürülüb.
    
Müraciət edənlər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin öz həllini tezliklə tapacağına əminliklərini bildiriblər, belə qəbullar və görüşlərin cənab Prezident  İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı tövsiyələrinin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Süleyman
Chosen
17
3
newscenter.az

4Sources