EN

Avropa İttifaqı Çinlə soyuq müharibə proqnozlaşdırmışdı

Avropa İttifaqının Çinin elektrik avtomobillərinə tətbiq etdiyi əlavə tariflər Brüsselin iqtisadi soyuq müharibəyə girməsi ilə nəticələnəcək.

 

Oxu24.com  xəbər verir  ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

 

Bu barədə  Bloomberg məlumat yayıb.

 

Qeyd olunur ki, cümə günü Aİ-yə üzv ölkələr Çinin elektromobillərinə 45 faizlik rüsumların tətbiqinə səs verməyi planlaşdırır. Orban bunu Pekinlə gərginliyin daha da artması riski kimi qiymətləndirir. Tariflər, həmçinin Çin batareyaları ilə işləyən alman elektrik avtomobillərinin ixracından çox asılı olan Macarıstan üçün “böyük təhlükə” yaradır.

Orbanın sözlərinə görə, bu vəziyyətdə Macarıstan hakimiyyəti “iqtisadi neytrallıq” anlayışı ilə maraqlanıb. Dünya iqtisadiyyatı “bloklara parçalansa” belə, Çin kimi şərq iqtisadiyyatları ilə güclü iqtisadi əlaqələri nəzərdə tutur.

Mayın əvvəlində Macarıstanın nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq planları məlum oldu. Budapeşt təkcə Çindən əlavə investisiya axınına deyil, həm də bu dövlətin qabaqcıl texnologiyalarından istifadəyə ümid edir.

 

Miri

 

Chosen
12
oxu24.com

1Sources