Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz İspaniyanın Kadis şəhərində İngiltərə yığması ilə qarşılaşıb.
Görüş komandamızın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları dubla imza atan Sabir Allahquliyev, həmçinin Orxan Məmmədov və Amid Nəzərov vurublar.
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi növbəti matçını oktyabrın 5-də Gürcüstan yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 14:45-də start veriləcək. Ayın 7-də (saat 20:00) isə millimizi İspaniya yığması ilə qarşılaşma gözləyir.