EN

Rövşən Binnətliyə yeni vəzifə verildi

“İdman Azərbaycan” kanalının keçmiş rəhbəri Rövşən Binnətliyə yeni vəzifə verilib.

Paralel.az xəbər verir ki, o bundan sonra fəaliyyətinə Azərbaycan Dövlət Radiosunda redaktor kimi davam edəcək.

Rövşən Binnətli son yaş həddinə görə vəzifəsindən azad edilib. Əvvəlki vəzifəsinə isə hələlik təyinat yoxdur. 

Qeyd edək ki, Rövşən Binnətli ölkəmizdə peşəkar, qocaman idman jurnalisti və şərhçilərindən biridir.

O, 2023-cü ilin yanvarında “İdman Azərbaycan” kanalına direktor təyin edilmişdir./Manset.az

Chosen
3
16
paralel.az

10Sources