EN

"Kəpəz" "həyata qayıtdı" - Azər Bağırovun Gəncə klubunda ilk qələbəsi

Bu oyuna qədər uduza-uduza gedirdilər. "Kəpəz" hamı üçün 3 xal mənbəyinə çevrilmişdi. "Neftçi" uduza-uduza getməsə də, udmağın nə olduğu onlara da yad idi. Çoxluq düşünürdü ki, Qriqorçukun komandası "Kəpəz"i məğlub eləyib qələbə hesabını açacaq bu mövsüm. 

İlk qolun "Neftçi"dən gəlməsi qonaqların qələbə proqnozunun təsdiqlənəcəyinə bənzədi. Lakin Rza Cəfərovun xətası, Orxan Əliyevin və Banın möhtəşəm zərbələri vəziyyəti dəyişdi. İkinci hissənin əvvəlində "Kəpəz"in vurduğu daha bir qol və yaradılan təhlükəli epizodların yekunu Gəncə klubunun 4:3 hesablı qələbəsi oldu. 

Çoxları artıq Gəncə klubunu "basdırmışdı". Bu qələbəylə Azər Bağırov "Kəpəz"i "həyata qaytardı". Ötən mövsüm toplanış keçməyən, çempionata sayılı günlər qalmış seleksiya işləri aparan "Araz Naxçıvan"la adından söz etdirən Bağırov üçün yeni çağırışdı mövcud durum. 

"İlk baxışdan "Kəpəz"i Premyer Liqada saxlamaq mümkünsüz görünsə də, Azər Bağırovun sona qədər mübarizə aparacağı dəqiqdir. Çətin tapşırıqdı, amma Bağırov özünü məhz "krizis menecer" kimi tanıtdırıb ictimaiyyətə. Milli komandaların oyunlarına görə yaranmış fasilə də "Kəpəz"in xeyrinə işləyəcək. Bu, Azər Bağırov üçün hazırlıq səviyyəsinin artırılması baxımından vacib zaman kəsiyi olacaq. 

Həmid

saytlarin hazirlanmasi

Chosen
15
sportal.az

1Sources