EN

Polşa Rusiya və Belarusla sərhəddə istehkamlar quraşdırır

Polşa hakimiyyəti ilin sonunadək “Şərq qalxanı” proqramı çərçivəsində Rusiya Federasiyası və Belarusla sərhədlərdə müdafiə istehkamlarının quraşdırılmasına başlayacaq.

Bizim.Media xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəsmisi Sezari Tomçik deyib.

Sərhəd zonasında tank əleyhinə xəndəklərin qazılması, mina sahələrinin yerləşdirilməsi, tank əleyhinə kirpilərin quraşdırılması, aktiv müşahidə sisteminin yaradılması nəzərdə tutulur. Varşava layihənin həyata keçirilməsinə Baltikyanı ölkələri, həmçinin Britaniya və Amerika qoşunlarını cəlb edə bilib.

Qeyd edilib ki, müdafiə xəttinin tikintisinin başa çatdırılması 2028-ci ilə planlaşdırılır.

Bizim.Media

Chosen
12
bizim.media

1Sources