EN

5 ton saxta bal ələ keçirildi - CƏRİMƏ

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yük maşınında 5 ton saxta bal ələ keçirilib.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, Aydından Ankaraya saxta bal göndəriləcəyi məlumatı daxil olduqdan sonra jandarm qüvvələri araşdırma aparıb.

 

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin yerli idarəsinin əməkdaşlarının iştirakı ilə əməliyyat təşkil edilib. 5 ton saxta bal götürülüb.

 

2 şübhəliyə 655 min lirə inzibati pul cəzası kəsilib.

Chosen
40
modern.az

1Sources