EN

Ey hörmətli müəllim, sənə şad xəbərimiz var!

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çox insanın həyatında olduğu kimi, yəqin ki, sizin də unuda bilmədiyiniz, gülərüz, dərslərinin bitməsini istəmədiyiniz bir müəllim olub. Həmin müəllimləri hər dəfə xatırlayanda simanızda təbəssüm yaranır, çünki onların tədris etdiyi dərslər təkcə bilik vermir, həm də gələcək nəsillərə həyat yolunda işıq olurdu.
Müəllimlik təkcə peşə deyil, cəmiyyətin inkişafında böyük fədakarlıq və məsuliyyət tələb edən vacib bir missiyadır. Bu müqəddəs peşənin sahibləri gənclərin təlim-tərbiyəsində və onların gələcək uğurlarının təmin olunmasında əvəzsiz töhfələr verirlər.
"Aral Group" olaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə bu fədakar peşə sahiblərinin əməyini qiymətləndirərək onlar və ailə üzvləri üçün xüsusi bir hədiyyə təqdim edirik. 4 oktyabr - 7 noyabr tarixləri arasında "Sumqayıt Bağça Şəhər" yaşayış kompleksindən ipoteka ilə mənzil alan müəllimlər və onların ailə üzvləri 5 000 manatadək hədiyyə əldə edəcəklər. Üstəlik, cəmi 20% ilkin ödənişlə qalan məbləği 22 ilədək asanlıqla ödəmək mümkündür.
"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi, müəllimlərin və ailələrinin rahatlığını təmin etmək məqsədilə hər bir detalı incəliklə düşünülərək inşa edilib. Burada mənzil əldə etməklə onlar geniş yaşıllıqlardan, park və oyun meydançalarından, eləcə də fitnes mərkəzi, SPA və sauna kimi xidmətlərdən faydalanacaqlar. Müasir standartlara tam cavab verən yaşayış kompleksi onlara həm şəxsi rahatlıq, həm də ailələri ilə gözəl vaxt keçirmək imkanı bəxş edəcək.
"Aral Group" olaraq müəllimliyin dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşə olduğunu anlayır, və bu peşə sahiblərinin fədakarlığı və gənc nəslin yetişdirilməsindəki səylərini biz də dəstəkləyirik. Məhz buna görə də müəllimlər və onların ailələrinə "Bağça Şəhər"də yalnız mənzil deyil, həm də rahatlıq və sevgi dolu həyat tərzi təklif edirik.
Əlaqə nömrəsi: *4224
Chosen
28
1
oxu.az

2Sources