EN

ÜST açıqladı: 88 faiz ölüm gətirən virus, dünya təhlükədə

ÜST dünyanın ölümcül “Marburq” virusu təhlükəsi altında olduğunu açıqlayıb.

Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, meyvə yarasalarından insanlara keçən və ölüm nisbəti yüzdə 88 faiz olan virusun yayılma riski ilə bağlı xəbərdarlıq edən Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin əlamətləri arasında şiddətli başağrısı, qarın ağrısı, burun-ağız qanaxmalarının olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın Marburq virusu epidemiyası təhlükəsi altında olduğunu bəyan edib. ÜST, 29 sentyabr 2024-cü il tarixinə Afrika ölkəsi Ruandanın 7 bölgəsindən səkkiz ölüm də daxil olmaqla cəmi 26 hadisənin bildirildiyini deyib.

ÜST xəbərdarlıq edib ki, epidemiyanın qonşu ölkələrə yayılma riski var, çünki Ruandada qeydə alınan virus Konqo Demokratik Respublikası, Birləşmiş Tanzaniya Respublikası və Uqanda ilə həmsərhəd bölgələrdə də qeydə alınıb. ÜST vurğuladı ki, virusun beynəlxalq yayılma riski yüksəkdir, çünki Ruanda Şərqi Afrikanın bir çox şəhərləri ilə yol şəbəkəsinə və beynəlxalq hava limanına malikdir.

Dəniz Pənahova

Chosen
7
tribunainfo.az

1Sources