EN

Rusiyanın neft anbarlarına hücum davam edir

Rusiyanın

Oktyabrın 4-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Voronej vilayətinin Anna kəndi yaxınlığındakı Rusiyaya məxsus yanacaq-sürtkü materialları saxlanılan “Annanefteprodukt” bazasına zərbə endirib.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu faktı təsdiqləyib.

Məlumata görə, zərbədən sonra yanğın baş verib. Baş Qərargah əlavə edib ki, obyektin ərazisində Rusiya hava hücumundan müdafiə qüvvələrinin işi qeydə alınıb.

Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr qeyd edir ki, “Annanefteprodukt” neft anbarında yanacaq və sürtkü materiallarının saxlandığı 20 çən olub. Yerli sakinlər beş dronun “gəlişi”ni müşahidə ediblər. Bundan sonra yanğın başlayıb.

“Rusiya aerodromlarında, raket və peyk anbarlarında aktiv işlərlə yanaşı, Ukrayna Təhlükəsizlik Xidmətində düşmən ərazisindəki neft anbarlarını da unutmur”, - kəşfiyyat xidmətindəki məlumatlı mənbə deyib.

Xatırladaq ki, Rusiyada bu gün gecə iki neft bazasında birdən-birə yanğın baş verib. Onların arasında Voronej vilayətindəki “Annanefteprodukt” MMC-nin bazası da var.

V. QULİYEV
Chosen
35
reyting.az

1Sources