EN

"Uşaqların baxdığı videoların heç biri onların yaşına uyğun deyil"

“Yeniyetməlik dövrü artıq erkənləşib. İllər əvvəl bu proses 12-13 baş verirdisə, artıq  yanıma gələn pasiyentlərdə hətta 8-9 yaşında belə ərgənliyə keçid əlamələri özünü göstərir”. 

Ölkə.Az xəbər verir ki, bunu klinik psixoloq Nuriyyə Quliyeva deyib. O, 10-11 yaşlı uşçaqlarda yaranan aqressiyanın səbəbini də izah edir:

“Düşünürəm ki, bu da texnoloji vasitələrin, dünyanın sürətli inkişafının təsirindən baş verir. Uşaqlar daha çox informasiyaya malikdir. Xarakterlər də mürəkkəbləşir. 

Onların aqressiv olmasında texnoloji vasitələrin rolu çox böyükdür. Bu gün uşaqlarımızın hamısı dava-dalaşlı oyunlar oynayırlar. Onların baxdıqları cizgi filmləri, filmlər, istər cinsi, istər dini məzmunlu videolar heç biri yaşına uyğun deyil”.

Billurə Yunus

Chosen
20
olke.az

1Sources