EN

Britaniyanın keçmiş baş naziri Consondan şok iddia- Netanyahunun istifadə etdiyi şəxsi vanna otağımda dinləmə cihazı tapıldı

Image

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson siyasi həyatı ilə bağlı hissə-hissə dərc olunmağa başlayan memuarında İsrailin baş naziri Netanyahunun 2017-ci ildə İngiltərəyə səfəri ilə bağlı maraqlı təfərrüatlar paylaşıb. 2016-2018-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Conson, səfər zamanı Netanyahunun İngiltərə Xarici İşlər Nazirliyində onun şəxsi vanna otağından istifadə etdiyini və sonradan orada dinləmə cihazı tapıldığını açıqlayıb.

Conson görüş zamanı “Bibi” ləqəbi ilə müraciət etdiyi Netanyahunun onun vanna otağından istifadə üçün icazə istədiyini deyib. "Bibi bir müddət orada qaldı və bu təsadüf ola bilər, ya da olmaya bilər, amma mənə məlumat verildi ki, sonradan orada təhlükəsizliklə bağlı yoxlama zamanı dinləmə qurğusu tapılıb", - deyə Conson "Unleashed" kitabında yazır.

Conson mətbuatın Netanyahu ilə görüşlə bağlı ətraflı məlumat istəyinə isə “Bilmək istədiyiniz hər şeyi kitabda tapa bilərsiniz” deyərək cavab verib.

Məsələ ilə bağlı İsraillə əlaqə yaradılıb-yaradılmadığı və ya hadisənin pislənib-pislənməməsi barədə məlumat yoxdur. O da bildirilir ki, həmin dövrdə İsrailin Ağ Evə dinləmə cihazı yerləşdirməsilə bağlı da xəbərlər yayılıb.





Chosen
17
baki-xeber.com

1Sources