EN

Şimali Koreyadan Cənuba təhdid: “Nüvə silahından çəkinmədən istifadə edəcəyik”

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun (KPA) Xüsusi Təyinatlı Qüvvələrinin təlim bazasına baxış keçirib.

News24.az Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərə istinadən bildirir ki, Kim burada müşahidələr aparıb və səlahiyyətlilərdən məlumat alıb. Koreya yarımadası və ətrafındakı təhlükəsizlik mühiti ilə bağlı qiymətləndirmələr edib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun 1 oktyabrda qeyd olunan Silahlı Qüvvələr Günündə "Şimali Koreya rejimini bitirmək üçün blöf etdiyini" ifadə edən Kim, dünyanın bu cür zəif açıqlamalarına güldüyünü bildirib.

Düşmənlərin təhdid dolu ritorika və hərəkətləri ilə Şimali Koreyanın hərbi gücünü və nüvə silah potensialını əlindən ala bilməyəcəyini vurğulayan Kim, “Şimali Koreya nüvə gücünə çevrilmə potensialını və qabiliyyətini geri dönməz şəkildə təmin etdi” deyib.

Cənubi Koreyanı ABŞ-a çox güvənməməsi ilə bağlı xəbərdar edən Kim, “Əgər ehtiyatsız düşmən bizim dəfələrlə etdiyimiz xəbərdarlıqlara məhəl qoymasa, ABŞ-la müttəfiqliyinə arxalansa və ölkəmizin suverenliyinə qarşı silahlı gücə əl atsa, Şimali Koreya bütün imkanlarından, hücum vasitələri, o cümlədən nüvə silahı tərəddüd etmədən istifadə edəcək".

Kim əlavə edib ki, Şimali Koreyanın hərbi gücünü inkişaf etdirmək düşməni nəzarətdə saxlamaq və ölkəni müdafiə etmək üçün yeganə təminatdır.

Günel Məlikzadə


Chosen
12
1
news24.az

10Sources