EN

Həyat keyfiyyəti ən yüksək olanÖLKƏLƏR

Ən yüksək həyat keyfiyyətinə malik 10 ölkə açıqlanıb.

 Redaktor.az xəbər verir ki, ümumilikdə 89 ölkənin qiymətləndirildiyi bu araşdırma 2 mart - 23 may 2024-cü il tarixləri arasında təxminən 17 000 iştirakçı ilə aparılıb.

CNBC-nin məlumatına görə, reytinq münasib qiymətlər, əmək bazarı, iqtisadi və siyasi sabitlik, təhlükəsizlik, səhiyyə və təhsil kimi müxtəlif meyarlar üzrə ölkələrin performansına görə müəyyən edilib.

Ən yüksək həyat keyfiyyətinə malik 10 ölkəni təqdim edirik:

10. Yeni Zelandiya: Yaşıl təbiəti, təhlükəsizliyi və ailəyönümlülüyü ilə diqqət çəkən Yeni Zelandiya güvənli və qabaqcıl təhsil sistemi ilə seçilir. Əlverişli səhiyyə və ədalətli gəlir bölgüsü Yeni Zelandiyanın güclü tərəfləridir.

9. Niderland: Kanalları ilə məşhur olan bu ölkə ictimai nəqliyyat sistemləri və siyasi sabitliyi ilə diqqət çəkir. Niderland həm də qabaqcıl ictimai səhiyyə xidmətləri və təhsil imkanları ilə seçilir.

8. Avstraliya: Çimərlikləri və təbii gözəllikləri ilə məşhur olan Avstraliya gəlir bərabərliyi və balanslaşdırılmış yaşayış dəyəri ilə öndədir. Təhsil sistemi, iş imkanları və yüksək həyat standartları Avstraliyanı cəlbedici edən amillərdir.

7. Almaniya: Sənaye və texnologiya nəhəngi Almaniya güclü iqtisadiyyatı və iş bazarı ilə həyat keyfiyyətinə görə yüksək yer tutur. Almaniyada səhiyyə xidmətləri və təhsil imkanları kifayət qədər inkişaf edib.

6. Finlandiya: Dünyanın ən xoşbəxt ölkəsi kimi tanınan Finlandiya sosial rifah sistemi və bərabərliyi mərkəzə alan quruluşu ilə diqqət çəkir. Finlandiyanın keyfiyyətli təhsil sistemi və iş-həyat balansı yaşam keyfiyyətini artıran amillərdəndir.

5. Kanada: Kanada geniş təbii əraziləri, inkişaf etmiş səhiyyə sistemi və təhlükəsiz yaşayış şəraiti ilə tanınır. Təhsil imkanları və siyasi sabitlik Kanadanı cəlbedici edir.

4. Norveç: Təbii ehtiyatlarla zəngin olan Norveç iqtisadi sabitliyi və gəlir bərabərliyi ilə diqqət çəkir. Səhiyyə və ətraf mühitin mühafizəsi siyasəti Norveçi həyat keyfiyyəti baxımından birinci yerə qoyur.

3. İsveçrə: İsveçrə inkişaf etmiş iqtisadiyyatı və aşağı cinayət nisbəti ilə təhlükəsiz ölkə kimi tanınır. Bundan əlavə, bank-maliyyə sektorundakı uğurları da ölkənin iqtisadi sabitliyinə xidmət edir.

2. İsveç: İsveç gəlir bölgüsü və sosial təminat sistemində ədaləti ilə tanınır. Ölkə inkişaf etmiş dövlət xidmətləri və yüksək təhsil standartları ilə seçilir.

1. Danimarka: Danimarka 2024-cü ildə əlverişli yaşayış xərcləri və qabaqcıl sosial xidmətləri ilə birinci yerdədir. Danimarkanın təhsil və səhiyyə sahələrində əldə etdiyi uğurlar həyat keyfiyyətini yüksəldən əsas amillərdir (modern.az). 

Chosen
9
3
redaktor.az

4Sources