EN

Kavani Argentina klubu ilə müqavilə imzaladı

“Boka Xuniors” un hücumçusu Edinson Kavani komandada qalacaq.

Sportal.az xəbər verir ki, uruqvaylı forvard klubun yeni müqavilə təklifindən imtina etməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kavani 2025-ci ilin dekabrına qədər “Boka Xuniors”da qalacaq. Təcrübəli forvard aktiv futbolçu karyerasına məhz Argentina nəhəngində son qoyacaq.

37 yaşlı futbolçu “Danubio”, “Palermo”, “Napoli”, PSJ, “Mançester Yunayted”, “Valensiya” komandalarında oynadıqdan sonra 2023-üc ildə “Boka Xuniors”la anlaşıb.

saytlarin hazirlanmasi

Chosen
10
sportal.az

1Sources