EN

İsrailin müdafiə naziri "Hizbullah"a "sürprizlər" vəd etdi

“Hizbullah” şiə hərəkatı çox ciddi zərbələr alır. İsrailin qarşıda hələ reallaşacaq “sürprizləri” var".

Ynet portalı xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

“Hizbullah" bir-birinin ardınca ciddi zərbələr aldığını bəyan edən anzir bu surprizlərin bəzilərinin artıq həyata keçirildiyini də söyləyib. "Digərləri isə həyata keçiriləcək”, - deyə o bildirib.

Ynet həmçinin yazıb ki, İsrail Müdafiə Qüvvələri (ÇAXAL) Livanın sərhədə yaxın bir sıra kəndlərində fəaliyyətini davam etdirir. Portalın məlumatına görə, İsrail ordusu hücumlar planlaşdırıldığı "Hizbullah"ın hərbi obyektləri tamamilə məhv edilənə qədər əməliyyatı davam etdirəcək.

Tural

Chosen
5
2
news365.az

10Sources