EN

Putin Baydenlə görüşəcək? - Peskov AÇIQLADI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu gün Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında görüş üçün heç bir ilkin şərt yoxdur.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskova qarşıdan gələn G20 və APEC sammitləri çərçivəsində belə bir görüşün mümkün olub-olmaması ilə bağlı sual verilib.

 

Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin hər zaman dialoqa açıqdır: “Bu barədə heç bir söhbət olmayıb. Hazırda heç bir ilkin şərt yoxdur, baxmayaraq ki, prezident dəfələrlə ünsiyyətə açıq qalacağını bildirib. Sammitə qatılmaqla bağlı isə hələlik qərar verilməyib”, - deyə Peskov bildirib.

 

Noyabrın 15-16-da Perunun paytaxtı Limada APEC sammitinin keçirilməsi planlaşdırılır. G20 sammiti noyabrın 18-19-da Braziliyada, Rio-de-Janeyroda keçiriləcək.

 

Rusiya prezidenti amerikalı həmkarı ilə 2022-ci ilin fevralından bəri əlaqə saxlamayıb.

Chosen
5
2
modern.az

3Sources