EN

OpenAI-dən rəqib Süni Zəka layihələrinə təzyiq - Rəqabət qızışır

OpenAI, investorlarından şirkətin əvvəlki təsisçisi İlya Sutskever tərəfindən qurulan Safe Superintelligence (SSI) də daxil olmaqla beş süni zəka layihəsinə maliyyə dəstəyi verməkdən çəkinmələrini istəyib. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, bu addım, OpenAI-nin Thrive Capital və Tiger Global-dən 6,6 milyard dollar cəlb etməsi və şirkətin dəyərini 157 milyard dollara çatdırmasının ardınca diqqət çəkir.

Reuters-in məlumatına görə, OpenAI-nin hədəf aldığı şirkətlər böyük dil modelləri (LLM) inkişaf etdirməkdə ona yaxın rəqiblərdir. Siyahıda Anthropic, Elon Mask-ın xAI layihəsi, eləcə də Perplexity və Glean kimi rəqib süni zəka şirkətləri yer alır. OpenAI-nin bu ilin 3,7 milyard dollarlıq gəlirini 2025-ci ilə qədər 11,6 milyard dollara çatdırmağı planlaşdırdığı göz önünə alındıqda, bazardakı mövqeyini gücləndirmək istədiyi aydın olur.

Bu tələb hüquqi baxımdan məcburi olmasa da, OpenAI-nin rəqabətli bir sahədə investorlar üçün nə dərəcədə vacib olduğunu və maliyyə mənbələrinə çıxışın şirkət üçün nə qədər kritik olduğunu göstərir.

Aydın

Chosen
6
valyuta.az

1Sources