EN

Qaxda it 11-ci sinif şagirdini ağır yaraladı

Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.

Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nayihələrinə ağır xəsarətlər yetirib.

Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.

Chosen
13
5
ucnoqta.az

8Sources