EN

Gələn 2 il ərzində dünya istixana qazı emissiyaları barədə daha çox məlumat əldə edəcək - Ətraf Mühitin Mühafizəsi üzrə Fond

Gələn 2 il ərzində dünya istixana qazı emissiyaları barədə əvvəllər olmadığı qədər daha çox məlumat əldə edəcək.

Olaylar xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi üzrə Fondunun baş elmi işçisi və baş vitse-prezidenti Stiven Hamburq Bakıdakı "iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"nin son günü çərçivəsində "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

Hazırda lazımi dəyişiklikləri stimullaşdırmaq üçün istixana qazı emissiyaları barədə kifayət qədər məlumatımız yoxdur. Bizə bir növ "məlumat fabriki" lazımdır ki, burada hər kəs tullantılarla bağlı məlumatları asanlıqla tapa bilsin və onların harada baş verdiyini anlasın, beləliklə də, tullantıları iqtisadi cəhətdən səmərəli yollarla azaltmaq üçün tədbirlər görə bilsin.

Biz gerçək bir inqilab dövrünə qədəm qoyuruq. Gələn 2 il ərzində biz istixana qazı emissiyaları barədə əvvəllər olmadığı qədər daha çox məlumat əldə edəcəyik və bu məlumatlar yüksək keyfiyyətə malik olacaq. Biz bu imkandan yararlanmalı və məsələyə yanaşmamızı yenidən gözdən keçirməliyik. Sensorlar, peyk texnologiyaları və dünya üzrə əlçatan innovasiyalar sayəsində, indi 10 il əvvəl ağlımıza belə gəlməyən alətlərə sahibik", - o vurğulayıb.

S.Hamburq, həmçinin, bu günə qədər bu məlumatların əhəmiyyətli bir hissəsinin geniş ictimaiyyətə açıq olmadığını qeyd edib.

"Biz bu məlumatları açıq etməliyik", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
1
olaylar.az

2Sources