EN

"Bitcoin"in yaradıcısının kimliyi açıqlanacaq - BÖYÜK SİRR ÇÖZÜLÜR?

HBO telekanalının yeni bir sənədli filmində, "Bitcoin"in "Satoşi Nakamoto" adlı yaradıcısının əsl kimliyinin üzə çıxarıldığı iddia edilir. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, açıqlamanın 9 oktyabr, Çərşənbə günü, Bakı vaxtı ilə 00:00-da ediləcəyi gözlənilir.

Əgər bu iddialar doğrudursa, dünya maliyyə bazarlarında və hətta ABŞ prezident seçkilərində əhəmiyyətli dalğalanmalar baş verə bilər.

Cullen Hobackdan diqqətçəkən iş

Əvvəllər "QAnon" konspirasiya nəzəriyyəsinin müəlliflərini ifşa edən və "Q: Into the Storm" serialı ilə tanınan, Emmy mükafatına namizəd Cullen Hoback, bu dəfə "Bitcoin"in naməlum yaradıcılarının izinə düşüb. Böyük açıqlamanın qarşıdakı Çərşənbə günü (9 oktyabr) yayımlanacaq sənədli filmdə ediləcəyi gözlənilir.

Satoşinin kimliyi üzə çıxarsa nə baş verəcək?

2009-cu ildə yaradıldıqdan bəri "Bitcoin" internet dövrünün maliyyə fenomeninə çevrilib.  Satoşinin kimliyi açıqlanarsa, həm "Bitcoin" üzərindən törədilmiş cinayətlərdəki mümkün məsuliyyəti, həm də dünya zənginləri arasındakı mövqeyi müzakirəyə açılacaq. Özünə aid olduğu ehtimal edilən 1,1 milyon "Bitcoin" ilə Satoşinin bu günkü bazar dəyərlərinə görə 66 milyard dollarlıq sərvəti idarə edə biləcəyi bildirilir, lakin bu kripto açarlarına hələ də girişinin olub-olmaması qeyri-müəyyəndir.

Sənədli filmin yayımlanma tarixi yaxınlaşdıqca, 2009-cu ildən bəri aktiv olmayan bəzi yüksək dəyərli cüzdanların yenidən hərəkətə keçdiyi bildirilib. "Bitcoin Magazine"-ə görə, son iki həftədə təxminən 250 BTC (15 milyon dollar) bu cüzdanlardan çıxarılıb. Bu cüzdanların Satoşi Nakamoto ilə rəsmi əlaqəsi olmasa da, "Bitcoin"in ilk günlərində yaradılıblar.

""Bitcoin" yaradıcısı" spekulyasiyaları davam edir

"Bitcoin"in yaradıcıları olaraq düşünülən ilk adlardan biri Hal Finney idi. Finney, on il əvvəl vəfat etmiş olmasına baxmayaraq, kripto icmasında nüfuzu və "Bitcoin"in başlanğıcındakı töhfələri səbəbindən tez-tez Nakamoto ilə əlaqələndirilirdi. Əslində, Finney, "Bitcoin" blokçeynində ilk P2P əməliyyatı həyata keçirən şəxsdir.

İddiaların mərkəzində olan digər bir ad isə Craig Wright oldu. 2016-cı ildən etibarən özünü "Bitcoin"in yaradıcıları kimi göstərən Avstraliyalı kompüter mütəxəssisi Wright, genişmiqyaslı bir kampaniya apardı. Lakin bu iddialar hüquqi prosesdə sübutlarla təkzib edildi və İngiltərə Ali Məhkəməsi Wrightın həqiqətən Satoşi Nakamoto olmadığına qərar verdi.

Satoşi Nakamoto ola biləcəyi düşünülən digər şəxslər arasında sistem mühəndisi Dorian Nakamoto, kompüter mütəxəssisi Nick Szabo və Hashcash ixtiraçısı Adam Back yer alır. HBO-nun tezliklə açıqlayacağı şəxsin bu insanlardan biri olub-olmayacağı maraqla gözlənilir. Kripto dünyası, illərdir cavabını axtardığı bu sirrin çözülməsini həyəcanla gözləyir.

Satoşi Nakamotonun əsl kimliyi, müasir dövrün ən böyük sirlərindən biri olaraq qalmağa davam edir.

Aydın

Chosen
15
valyuta.az

1Sources