EN

Azərbaycanda plastik tullantılardan piroliz yağı istehsal ediləcək

İtaliyanın “Technip Energies S.p.A.” şirkəti ilə “Piroliz yağı istehsalı” layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf İtaliyanın “Technip Energies” şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşüblər.

Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi (“yaşıl”layihə) üzrə Birgə Müəssisənin təsis edilməsi və İştirakçılar haqqında Müqavilə müqavilə imzalanıb.

Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə “AİŞ” 30%, “Technip Energies S.p.A.” 35%, “SOCAR” 35% iştirak paylarına sahibdir.

66ffae451f2b266ffae451f2b3172803232566ffae451f2b066ffae451f2b1

Chosen
4
banker.az

1Sources