EN

Fenomen rəqs edərkən həyatını itirdi, öz ölümünü lentə aldı

Rusiya fenomeni Arina Qlazunova rəfiqəsi ilə Gürcüstanda istirahət edərkən sosial media hesabları üçün əyləncəli videolar çəkməyə başlayıb. Onların mahnı oxuduğu və rəqs etdiyi anları lentə almaq istəyən Qlazunova videoya dostunu da daxil etmək üçün telefonu götürüb.

News24.az xəbər verir ki, bu zaman o, tarazlığını itirərək metro stansiyasında pilləkənlərdən yıxılıb. 

Hadisədən sonra rəfiqəsi və ətrafdakı vətəndaşlar dərhal müdaxilə edib və Qlazunova xəstəxanaya aparılıb.

Təəssüf ki, baş və boyun xəsarətləri ağır olduğu üçün edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Qlazunovanın çəkdiyi son video faciəvi şəkildə öz ölüm anını qeyd edib və bu görüntülər daha sonra onun TikTok hesabında dərc edilib.

Məryəm İlhamqızı


Chosen
10
news24.az

1Sources