EN

"Kəpəz" legionerini göndərməyə hazırlaşır

"Kəpəz" daha bir legionerlə yollarını ayırmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi bu mövsüm komandaya cəlb edilmiş Redon Mihananı saxlamaq fikrində deyil.

O, məşqlər korpusunun etimadını qazana bilmədiyi üçün “Kəpəz”dən göndəriləcək. Hazırda futbolçu ilə təzminat məsələsində danışıqlar aparılır ki, komandadan göndərmək mümkün olsun.

25 yaşlı futbolçu “Apolonia”, “Dinamo”(Tirana), “Eqnatiya”, “Kastrioti”, “Erzeni”də oynadıqdan sonra “Kəpəz”ə keçmişdi.

 

saytlarin hazirlanmasi

Chosen
6
sportal.az

1Sources