EN

Rafinya İngiltərəyə qayıdır

"Barselona"nın yarımmüdafiəçisi Rafinya yanvar transfer pəncərəsində komandasını dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb. 

Mənbənin məlumatına görə, 27 yaşlı braziliyalının İngiltərə çempionatında çıxış etmək variantı realdır. "Mançester Yunayted" futbolçunun transferi ilə ciddi maraqlanır. 

Rafinyanın bazar qiyməti 50 milyon avrodur. Onun "Barselona" ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb. Rafinya 2022-ci ildən Kataloniya komandasında çıxış edir. Braziliyalı futbolçu "Barselona"dan əvvəl "Lids"in heyətində Premyer Liqada çıxış edib.

Mirağa

Chosen
3
fanat.az

1Sources