EN

BMT: rusiyalı jurnalist qaydaları pozub

BMT:

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Rossiya 1” telekanalının büro rəhbəri Valentin Boqdanovla bağlı bəyanat yayıb.

Reyting.az
xatırladır ki, BMT Baş Assambleyasının 79-cu iclasında Valentin Boqdanovun Almaniyanın xarici işlər naziri Annalena Baerboka sual vermək cəhdinin qarşısı alınıb və sonradan onun akkreditasiya dərəcəsi aşağı salınıb.

BMT-nin bəyanatında isə qeyd olunur ki, Baş Assambleyanın ümumi yığıncaq dövründə həm müvafiq internet saytında, həm də akkreditasiya formasında “Mətbuata Giriş Qaydaları” açıq şəkildə göstərilsə də, rus jurnalist bu qaydaları pozub.

Qeyd edilir ki, jurnalistə pozduğu qaydalar barədə məlumat verilib.

Bəyanatda, rusiyalı jurnalistin hələ də mətbuat akkreditasiyasının olduğu, BMT-nin toplantı və tədbirlərini izləməyə davam edə biləcəyi, yalnız akkreditasiya dərəcəsinin aşağı salındığı qeyd edilib.

V. Boqdanov Almaniyanın xarici işlər naziri A. Baerboku BMT-nin 79-cu Baş Assambleyasının ilk günündə jurnalistlər üçün heç bir məhdudiyyətin olmadığı bir ərazidə gördüyünü və yaxınlaşıb sual vermək istədiyini bildirib.

Boqdanov Almaniyanın Nyu-Yorkdakı Daimi Nümayəndəliyində çalışan diplomatın “Mənə toxunma, mən BMT-nin akkreditə olunmuş müxbiriyəm”,- deməsinə baxmayaraq, ona bir neçə dəfə toxunulduğunu və fiziki hücum olduğunu deyib.

E. KAMAL
Chosen
12
reyting.az

1Sources