EN

İran paytaxtında təhlükəsizlik tədbirləri gücləndirilib

İran rəhbəri Əli Xaməneinin bu gün cümə namzaında çıxışının planlaşdırılmasına görə, paytaxtda təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, polis qüvvələri ilə yanaşı xüsusi təyinatlılar və mülki geyimli təhlükəsizlik məmurlarının sayı artırılıb.

"Cümə namazı qılınacaq bölgəyə aparan bütün yollarda postlar qurulub, hökumət qüvvələri səfərbər edilib və partlayıcı aşkarlayan itlər cəlb edilib",- deyə məlumatlarda bildirilir.

Əli Xamənei sonuncu dəfə 2020-ci ilin yanvarında Qasım Süleymaninin öldürülməsindən sora cümə namazında iştirak və çıxış edib.

Bu günkü iştirak isə Xaməneinin 35 illik rəhbərliyi dövründə cümə namazında 42-ci iştirak və çıxışı olacaq.

visiontv.az



Chosen
2
1
visiontv.az

2Sources