EN

Ərzaq marketlərində heyvan və yem satışı... - Qanun buna icazə verirmi? - FOTO

Bakıdakı əksər markertlərdə heyvan qidaları da satılır. Hətta, onların bir çoxunda bu qidalar ərzaq məhsulları ilə yanaşı qoyulur. Bəzi mağazalarda isə heyvan qidaları ilə yanaşı, diri ev heyvanlarının (balıq, tutuquşu, xomyak və s.) satılmasına da rast gəlmək mümkündür.


Bəs bu, nə dərəcədə düzgündür? Marketlərdə heyvan qidaları və canlıların satışına icazə varmı?




Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az –a açıqlama verib.

O bildirib ki, marketlərdə bir çox qaydalara əməl olunmur:

“Nazirlər Kabinetinin ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları ilə bağlı 94 saylı qərarı var. Amma bu qərar da bir çox məsələləri əhatə etmir. Marketlərdə bu qərarın tələblərinə, istehlakçılarla düzgün davranmaq qaydalarına riayət olunmur. İstehlakçılara potensial oğru kimi baxılır, çantaları yoxlanılır, alınır və s. kimi çoxlu problemlər var. Qaydalar olmadığı üçün bu cür anormal hadisələr baş verir”.

Ekspert deyib ki, heyvan yemləri ayrı yerdə satılsa, daha yaxşı olar:

“Bu qidalar xüsusi mağazalarda satılmalıdır. Həmin yemləri uşaqlar alıb yeyib, zəhərləniblər. Düşünürəm ki, bu, yolverilməzdir. Heyvan yemləri marketin tam ayrı, qapalı yerində olmalıdır. Heyvan yemlərinin, heyvanların marketlərdə satılması yolverilməzdir. Bəzi heyvanların heç zoo-mağazalarda satışına icazə yoxdur. Məsələn, kirpinin, tısbağanın zoo-mağazalarda satılmasına ümumiyyətlə, icazə verilmir. Təəssüf ki, bizim marketlərdə müxtəlif heyvanların satışına da rast gəlinir. Ona görə də Nazirlər Kabineti müvafiq qaydaları müəyyən etməli və bir çox məsələlər öz həllini tapmalıdır”.






Aygün Nəbiyeva,
BakuPost
Chosen
7
1
bakupost.az

2Sources