EN

DƏHŞƏTLİ ANLAR! Skamyada yuxuya gedən qadına...

İngiltərədə yaşayan 37 yaşlı üç uşaq anası Natali Şotter dostları ilə əylənmək üçün gecə çölə çıxıb. Geri qayıdarkən parkda skamyada oturub və yuxuya gedib. Sonra baş verənlər isə bütün dünyanın qanını dondurub. 

News24.az xəbər verir ki, bədbəxt qadın dəfələrlə cinsi istismara məruz qalaraq həyatını itirib.

Parkda gəzən şəxslərdən biri qadının hərəkətsiz yatdığını görüb və vəziyyəti səlahiyyətlilərə çatdırıb. Xəbərdarlıq üzərinə çoxlu qruplar ünvana göndərilib. 

Tibbi yardım işçiləri Natali Şotterin öldüyünü müəyyən ediblər.

Parkdakı təhlükəsizlik kameralarına baxış keçirildikdə həqiqət üzə çıxıb.

Londonun Old Bailey Məhkəməsində baxılan işdə parkda olan 35 yaşlı Mohamed Lidow adlı evsiz kişi həbs edilib. Şübhəli şəxs zorlama və qətl ittihamlarını rədd edib.

Hadisə şahidi məhkəmədəki ifadəsində "Nə baş verdiyi bəlli deyil. O, bıçaqlanmayıb, döyülərək öldürülməyib. Bədənində ciddi xəsarət izi olmayıb və yanında başqa heç kim olmayıb" sözlərini deyib.

Məryəm İlhamqızı

Chosen
32
news24.az

1Sources