EN

Ülviyyə Namazova ilə Tolik arasında gərginlik yaşandı

Ülviyyə Namazova ilə Tarix Əliyev (Tolik) arasında gərginlik yaşanıb.

Adalet.az xəbər verir ki, müğənni aparıcını bitərəf olmamaqda qınayıb:

“Tolik, sən gərək Vəfa Şərifovanın tərəfini tutmayardın . Çünki Şəbnəmlə də münasibətin var. Yəni hər ikisi də efirdə qonağın olur. Sənin Vəfanı dəstəkləməyin heç nəyi əymişir. Amma sən aparıcı kimi bitərəf müvqedə olmalı idin”.

Aparıcı isə onu qınayan Ü.Namazovaya sərt şəkildə cavab verib:

“Bilirsən, bu mənim şəxsi mövqeyimdir. Mən Şəbnəmin tərəfini tutmağa borclu deyiləm. Mənim belə bir öhdəliyim yoxdur. Mən bu məsələdə Vəfa Şərifovanı haqlı görürəm. Sən də, Afət Fərmanqızı da və başqaları da Şəbnəmə dəstək olursunuz.  Onda mən deyim ki,niyə Şəbnəmi dəstəkləyirsən? Bu doğru deyil axı. Hər kəsin şəxsi düşüncəsi var”.

Əntiqə

Chosen
9
adalet.az

1Sources