EN

“Ukrayna ABŞ ilə Suriyada terrorçulara koordinasiyalı şəkildə təlimlər keçirir” - Lavrov

“Kiyev rejimi amerikalılarla koordinasiyalı şəkildə Rusiyada qadağan edilmiş “Həyat Təhrir əş-Şam” beynəlxalq terror təşkilatının silahlılarını Suriyada hazırlayır”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Suriya ərazisində Ukrayna prezidenti Volodimir Zelenski rejimi amerikalılarla koordinasiyada “Həyat Təhrir əş-Şam” terrorçularına Rusiya silahlı qüvvələrinə qarşı döyüş əməliyyatları aparmaq məqsədilə PUA-ların istehsalı üçün yeni texnologiyalar öyrədir”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
9
missiya.az

1Sources