EN

Bortnikov: Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 55-ci iclasında çıxışı zamanı deyib.

“Aİ-nin müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, - o qeyd edib.

A.Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır.

O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək.

FTX direktoru qeyd edib ki, güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır.

Chosen
12
far.az

1Sources