EN

"Mançester Yunayted" "Barselona"nın ulduzunu almaq istəyir

"Barselona"da çıxış edən yarımmüdafiəçi Rafinya yanvar transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın “Transfermarkt”a istinadən məlumatına görə, 27 yaşlı forvardın İngiltərə çempionatında çıxış etmək variantı var.

"Mançester Yunayted" braziliyalı futbolçunun transferində maraqlıdır.

Rafinuanın bazar qiyməti 50 milyon avrodur. Futbolçu ilə "Barselona" arasında mövcud əmək müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb. Rafinya 2022-ci ildən Kataloniya komandasında çıxış edir. Blauqrana düşərgəsinə keçməzdən əvvəl braziliyalı Lids üçün Premyer Liqada çıxış edirdi.

Chosen
5
90deqiqe.az

1Sources