EN

BMT Təhlükəsizlik Şurasından İsraili məyus edəcək qərar

İsrailin BMT-nin baş katibi Antonio Quterreşi “persona non qrata” elan etməsindən sonra BMT Təhlükəsizlik Şurası Qutteraşı tam dəstəklədiyini bəyan ediblər.

Azpost.info bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının media üçün verdiyi bəyanatda deyilir:

“Təhlükəsizlik Şurasının üzvləri BMT-nin Baş katibi Antonio Quterreşi və onun mühüm rolunu tam dəstəklədiklərini bir daha təsdiqləyiblər. Onlar bütün üzv ölkələrin Baş Katiblə məhsuldar və səmərəli əlaqələr qurmasının və onun işinə, eləcə də ofisinin işinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinmələrinin vacibliyini vurğulayıblar”.

Bəyanatda həmçinin qeyd olunur ki, BMT Baş katibi ilə əməkdaşlıqdan imtina etmək qərarı xüsusilə Yaxın Şərqdə gərginliyin artması kontekstində arzuolunmazdır.

İsrailin xarici işlər naziri İsrael Katz oktyabrın 2-də Quterreşin yəhudi dövlətinə girişini qadağan edib və İranın İsrailə hücumunu pisləmədiyi üçün onu persona non qrata elan edib.

Chosen
10
2
azpost.info

3Sources