EN

Yaponiya ABŞ-la ittifaqın möhkəmləndirilməsini istəyir

Yaponiya

Bakı, 4 oktyabr, AZƏRTAC

Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba ölkənin təhlükəsizliyinin əsası kimi ABŞ-la ittifaqın möhkəmləndirilməsinə tərəfdardır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İşiba bu barədə cümə günü parlamentin aşağı palatasındakı proqram xarakterli çıxışı zamanı bildirib.

“Yaponiya və ABŞ ittifaqı Yaponiyanın xarici siyasətinin və təhlükəsizliyinin əsasını, Hind-Sakit okean regionunda sülh və rifahın əsasını təşkil edir. Biz ilk növbədə bu ittifaqın çəkindirmə və cavab qüvvələrini xeyli gücləndirəcəyik, həmçinin tərəfdaş ölkələrlə qarşılıqlı əlaqələri artıracağıq”, - deyə Baş nazir vurğulayıb.

O, nitqində sabiq baş nazir Fumio Kişidanın bu sözlərini də xatırladıb: “Bugünkü Ukrayna bəlkə də sabahın Şərqi Asiyasıdır”.

Xatırladaq ki, Şiqeru İşiba oktyabrın 1-də Yaponiyanın 102-ci baş naziri olub.

Chosen
8
azertag.az

1Sources