EN

“YouTube”dan daha bir yenilik

“YouTube” qısa videoların (Shorts) videolarının müddətini bir dəqiqədən üçə qədər artıracaq. Dəyişikliklər oktyabrın 15-dən qüvvəyə minəcək. “YouTube” rəhbərliyi bu formatın məzmun yaradıcıları arasında ən populyar olduğunu deyir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Platformanın press-relizinə əsasən, “YouTube” həmçinin əsas hesab lentində daha az Shorts göstərilməsinə imkan verəcək funksiyanı təqdim edəcək. Bundan əlavə, istifadəçilər qısa videolar yaratmağı asanlaşdıran şablonlara çıxış əldə edəcəklər.

Xatırladaq ki, sentyabrın əvvəlində “YouTube” valideyn nəzarəti funksiyasını təqdim edib, onun sayəsində valideynlər məzmunun özünə baxmadan yeniyetmənin hesabına qoşula bilirlər.

Chosen
2
banker.az

1Sources